Keçid linkləri

2017, 28 İyul, Cümə, Bakı vaxtı 09:00

Marşal Adaları superdövlətləri Haaqa Məhkəməsinə verib


Marşal Adalarından olan Bikini adasında 1954-cü il nüvə sınağı
Sakit Okeandakı Marşal Adaları 9 dövləti Haaqa məhkəməsinə verib.

arshal Adaları ABŞ, Rusiya, Fransa, Britaniya və Çini 1968-ci ilin nüvə silahının yayılmaması haqda beynəlxalq müqavilədə deyilən şərtləri pozmaqda ittiham edir. Cavabdeh ölkələr arasında Marşal Adaları Pakistanı, Hindistanı, Şimali Koreyanı və İsraili də göstərib. Halbuki İsrail nüvə silahı olmasını inkar edir.

Marşal Adaları ABŞ-a qarşı məhkəmə iddiasını San Fransisko məhkəməsində də qaldırıb. ABŞ Marşal Adalarında 1946-cı ildən 1958-ci ilə kimi 67 nüvə sınağı keçirib.
Marşal Adalarının xarici işlər naziri Tony De Brum deyib ki, "bu silahlardan bizim xalq fəlakətli və bərpası mümkün olmayan ziyan görüb."

Günün bütün mövzuları

XS
SM
MD
LG