Keçid linkləri

2017, 27 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:53
-
Rusiyanın Çuvaşiya Respublikasında keçirilən XVIII Beynəlxalq Balet Festivalı aprelin 22-də böyük Azərbaycan bəstəkarı Fikrət Əmirovun “Min bir gecə” baletinin nümayişi ilə açılıb.

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin yaydığı xəbərə görə, Azərbaycan bəstəkarının bu misilsiz əsərinin Çuvaşiya Dövlət Opera və Balet Teatrında premyerası baletmeyster və libretto müəllifi David Avdış (Sankt Peterburq), quruluşçu rəssam Anna Ustinovanın (Sankt Peterburq) təqdimatında böyük anşlaqla baş tutub.

Tamaşanın xormeysteri Lyubov Kazanseva, quruluşçu dirijoru Çuvaşiyanın əməkdar incəsənət xadimi Olqa Nesterova, bədii rəhbəri beynəlxalq müsabiqələr laureatı Danil Salimbaevdir.

Aprelin 24-də Fikrət Əmirovun “Min bir gecə” baleti festival çərçivəsində təkrar nümayiş etdirilib.

Festivalın proqramına Corc Bayronun eyniadlı poeması əsasında səhnələşdirilmiş “Korsar”, Pyotr Çaykovskinin “Sonalar gölü” tamaşaları da daxil edilib.

XVIII Beynəlxalq Balet Festivalı aprelin 26-dək davam edəcək.

Sonuncu gün böyük qala konsertin olacağı xəbər verilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG