Keçid linkləri

Təcili xəbərlər
2021, 11 May, çərşənbə axşamı, Bakı vaxtı 09:27

Jurnalist Pərviz Həşimlinin məhkəməsi keçirilib


Pərviz Həşimli
Aprelin 24-də Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Pərviz Həşimlinin məhkəməsi keçirilib.

Bu günkü məhkəmədə müdafiə tərəfi əlavə şahidlərin dindirilməsi, Pərviz Həşimlinin evindən çıxan silahın istifadəyə yararlı olub-olmamasıyla bağlı ekspertiza keçirilməsini istəyib.

Bu haqda AzadlıqRadiosuna vəkil Elçin Sadıqov məlumat verib.

Məhkəmə vəsatətləri açıq saxlayıb. Hakim bildirib ki, əsas şahidləri dindirdikdən sonra vəsatətlərə münasibət bildirəcək.

Pərviz Həşimli keçən il sentyabrın 17-də tutulub. Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsi onu qanunsuz silah saxlamaqda ittiham edir.
Məhkəmə prosesi aprelin 28-də davam edəcək.
XS
SM
MD
LG