Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:17

Bakıda neft çənində yanğın olub, yoldan keçən hamilə qadın xəsarət alıb [Fotolar]


yanğın olan çən
yanğın olan çən
-

Aprelin 24-də Bakının Bayıl qəsəbəsində neft çənində yanğın olub. Hadisə yerinə 30-40 yanğınsöndürən maşını cəlb olunduqdan sonra alovun qarşısı alınıb.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) ilkin məlumatında bildirilir ki, yanğın ARDNŞ-in Mərkəzi neftyığma məntəqəsində baş verib.

Şirkətin mətbuat katibi Nizaməddin Quliyev hadisənin səbəbinin hələ müəyyənləşmədiyini deyir. O, araşdırma aparıldığını və gün ərzində hadisə ilə bağlı ətraflı məlumat veriləcəyini bildirir.

Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumatda deyilir ki, yanğın həcmi 2000 kub olan neft çənində baş verib. Yanğın nəticəsində partlayış olub. Çənin içərisində olan neft qalıqları yanıb.

Yanğın ərazisində birmərtəbəli yaşayış evləri də yerləşir, bu evlərin sakinlərindən biri yaralanıb. Şahidlərin dediyinə görə, çəndə partlayış baş verib, nəticədə yoldan keçən hamilə qadın xəsarət alıb. Ona təcili tibbi yardım maşını çağırılıb.




AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG