Keçid linkləri

Təcili xəbərlər
2021, 14 İyun, Bazar ertəsi, Bakı vaxtı 06:07

ATƏT Donetskdəki qətlləri pislədi


ATƏT-in Ukraynadakı müşahidə missiyasının rəhbəri Ertugral Apakan bildirib ki, Donetsk vilayətində baş verən zorakılıqlar Cenevrə razılaşmalarının ruhuna ziddir.

Apakan iki nəfərin, o cümlədən yerli siyasi xadimin öldürülməsini pisləyib.

Avropa Birliyi, Rusiya, Ukrayna və ABŞ arasında Cenevrədə əldə edilmiş razılaşmada zorakılığa son qoyulmasına, qanunsuz silahların təhvil verilməsinə çağırış var.

Apakan deyib ki, qətllər bölgədə onsuz da gərgin olan vəziyyəti bir az da tarıma çəkib.

Ukrayna hakimiyyəti qətllərə görə rusiyameylli separatçıları suçlayır.
XS
SM
MD
LG