Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:02

ABŞ Erdogan-ın etirafını alqışlayır


Jen Psaki
Jen Psaki
ABŞ Dövlət Departamentinin sözçüsü Jen Psaki deyib ki, Amerika Türkiyənin baş naziri Recep Tayyib Erdogan-ın 1915-ci il hadisələri ilə bağlı etirafını alqışlayır.

Psaki bildirib ki, “bu müsbət təzahür” türklər və ermənilər arasında tam, səmimi barışığın mümkünlüyünü göstərir.

Erdogan 1915-ci ildə ermənilərin Türkiyədən deportasiyasının “qeyri-insani nəticələri” olduğunu etiraf edib və 1-ci Dünya Müharibəsi dövründə baş verən hadisələri “bizim ortaq ağrılarımız” adlandırıb.

Amma baş nazir həmin hadisələrdən Türkiyəyə qarşı istifadəni də yolverilməz hesab edir.

Aprelin 24-də ermənilər 1915-ci il hadisələrini “soyqırımın 99-cu ildönümü” kimi qeyd edəcək.
XS
SM
MD
LG