Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:47

Səfir: «John Kerry-nin Azərbaycana səfəri onun özünün də ən böyük istəyidir»


Richard Morningstar
Richard Morningstar
«ABŞ-ın dövlət katibi John Kerry-nin Azərbaycana səfəri onun özünün də ən böyük istəyidir».

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında ABŞ-ın Azərbaycandakı səfiri Richard Morningstar deyib. O bildirib ki, dövlət katibinin səfərinin vaxtı hələ dəqiqləşməyib.

R. Morningstar ABŞ-ın Minsk Qrupunun həmsədri olaraq Dağlıq Qarabağ münaqişəsinin həllində çox fəal olduğunu söyləyib:

«Hər iki ölkənin prezidentləri münaqişənin həlli üçün konkret addımlar atılması məqsədilə müntəzəm şəkildə görüşməlidirlər. Bu, çox vacibdir. Görüşlər həm rəsmi, həm də qeyri-rəsmi formada keçirilə bilər».
XS
SM
MD
LG