Keçid linkləri

Təcili xəbərlər
2021, 06 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:07

ABŞ Şərqi Avropaya öz əsgərlərini göndərir


ABŞ təlimlərdə iştirak üçün Şərqi Avropaya 600 əsgər göndərir.

Bunlar İtaliyada mənzillənən 173-cü Hava-Desant Briqadasının əsgərləridir.

Onlar Polşa, Latviya, Litva və Estoniyada təlimlərə qatılacaqlar.

Pentagon-un sözçüsü John Kirby deyib ki, bu addım Rusiyanın Ukraynadakı hərəkətlərinə cavab, ABŞ-ın Şərqi Avropadakı müttəfiqlərinə dəstəkdir.

Əsgərlər sözügedən ölkələrdə 1 ay qalacaq, sonra rotasiya ilə dəyişdiriləcək.

Bu rotasiya il boyu davam edəcək. Və bu cür ikitərəfli təlimlər başqa dövlətlərdə də baş tuta bilər.

Rusiya Ukrayna ilə sərhədə 40 minlik qoşun yığıb və orada təlim keçdiyini deyir.
XS
SM
MD
LG