Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 06:02

NATO Baltik dənizinə 5 hərbi gəmi göndərdi


Estoniyanın müdafiə naziri Sven Mikser bildirib ki, onlar Rusiyanın “regionda sabitliyi pozmaq cəhdlərinə cavab olaraq” öz ərazilərində daha çox NATO əsgəri , səmalarında daha çox NATO təyyarəsi görmək istəyirlər.

Rusiya Ukraynanın Krım bölgəsini rus milli azlığını qorumaq adıyla anneksiya etdiyi üçün Baltik ölkələri də öz ərazilərində yaşayan rus azlığından narahat olmağa başlayıblar.

Bu arada Almaniyanın müdafiə naziri Ursula von der Leyen deyib ki, Baltik dənizinə 5 hərbi gəmi göndəriblər.
XS
SM
MD
LG