Keçid linkləri

Təcili xəbərlər
2021, 17 May, Bazar ertəsi, Bakı vaxtı 18:24

NİDA-çıların valideynləri aclıq aksiyasını davam etdirmək niyyətindədirlər


Aclıq aksiyası keçirən valideynlər
-
Həbsdə olan bəzi NİDA-çı gənclərin valideynləri aclıq aksiyasını dayandırmaq niyyətində deyillər. Bunu AzadlıqRadiosuna məhbus Zaur Qurbanlının anası Səkinə Qurbanlı deyir.

Gənclər valideynlərindən aclığı dayandırmağı istəyiblər, əks halda özləri quru aclığa keçəcəklərini bildiriblər.

Səkinə Qurbanlı deyir ki, məhkəmədən sonra övladları ilə əlaqə saxlayacaqlarına ümid edirlər: “Biz onlarla danışacağıq. Aksiyanı dayandırmaq niyyətində deyilik”.

Aprelin 21-də Zaur Qurbanlının anası Səkinə Qurbanova, Rəşadət Axundovun anası Mətanət Axundova, Şahin Novruzlunun anası Məhbubə Novruzova aclıq aksiyasına başlayıb.

Valideynlər prokurorun övladlarına 6,5 ildən 8,5 ilədək həbs cəzası istəməsinə etiraz edirlər.

Digər valideynlərin də növbə ilə aksiyada iştirak edəcəkləri bildirilir.
XS
SM
MD
LG