Keçid linkləri

2017, 24 Yanvar, çərşənbə axşamı, Bakı vaxtı 11:26
Cənubi Koreyada ötən həftə batan bərədə ölənlərin sayı 104 nəfərdir. Bu barədə ölkənin sərhəd mühafizəçiləri məlumat yayıb.

Koreya rəsmiləri 198 nəfərin itkin düşdüyünü deyirlər. Onlardan çoxu yeniyetmələrdir.
Bərə aprelin 16-da batıb. Kapitan və gəmi heyəti daxil olmaqla, 174 nəfər xilas olunub. Kapitan və altı heyət üzvü səhlənkarlıq və sərnişinləri tərk etməyə görə həbs olunub.

Cənubi Koreya prezidenti Park Geun-hye aprelin 21-də bildirib ki, heyətin hərəkətləri «adam öldürməyə» bərabərdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG