Keçid linkləri

Təcili xəbərlər
2021, 22 Sentyabr, çərşənbə, Bakı vaxtı 22:34

Bakı və Sumqayıtda XI sinif şagirdləri imtahan verir


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 22, 23 və 24 aprel tarixlərində Bakı və Sumqayıt şəhərlərində XI sinif şagirdləri üçün monitorinq imtahanları keçirəcək. TQDK-nın mətbuat xidmətinin məlumatına görə, imtahanlar 280 məktəbdə təşkil olunacaq və prosesdə 15. 700-ə yaxın şagirdin iştirakı nəzərdə tutulur.

İmtahanlar Azərbaycan bölməsinin şagirdləri arasında ana dili, riyaziyyat və fizika fənləri üzrə aparılacaq.

Bütün binalarda imtahanlar saat 10:00-da başlanır, ana dili fənni üzrə imtahan 45 dəqiqə, riyaziyyat və fizika fənlərinin hər biri üzrə ayrılıqda 1 saat ərzində aparılır.

Rayonlarda XI sinif şagirdləri üçün monitorinq imtahanları 29-30 aprel tarixlərində həyata keçiriləcək.
XS
SM
MD
LG