Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:37

ABŞ yaxın günlərdə Rusiya ilə bağlı öz qərarını verəcək


ABŞ hökuməti Ukraynadakı böhranla əlaqədar «yaxın günlərdə» Rusiyaya qarşı yeni sanksiyalar qoya bilər. ABŞ gözləyir ki, Moskva Ukraynanın şərqindəki Rusiyayönlü separatçıları zəbt etdikləri binaları və nəzarət məntəqələrini tərk etməyə çağırsın. Bunu aprelin 21-də ABŞ Dövlət Departamentinin sözçüsü Jen Psaki deyib.

ABŞ rəsmisi silahlı fəalları Ukrayna hökumətinin təklif etdiyi amnistiyanı qəbul etməyə və öz tələblərini ifadə etmək üçün siyasi vasitələrdən yararlanmağa səsləyib.

Psaki bildirib ki, ABŞ bu günlərdə Rusiyanın Cenevrə razılaşmasına uyğun addım atıb-atmadığına qərar verəcək.

ABŞ Dövlət katibi John Kerry Rusiyanı Ukraynadakı böhranı aradan qaldırmağı nəzərdə tutan beynəlxalq razılaşmanı həyata keçirmək üçün «konkret addımlar» atmağa çağırıb.

Bu arada Rusiyanın Xarici işlər naziri Sergei Lavrov isə Vaşinqtonu Qərbin dəstəklədiyi Ukrayna hökumətinə Cenevrə razılaşmasını həyata keçirməsi üçün təzyiq göstərməsini istəyib.
XS
SM
MD
LG