Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:45

16 yaşlı yeniyetmə 5 saat təyyarə təkərində uçub


Arxiv fotosu.
Arxiv fotosu.
-

Aprelin 21-də yayılan məlumata görə bugünlərdə 16 yaşlı amerikalı yeniyetmə Sakit Okeanın yarısınacan təyyarə təkərində uçub.

Kaliforniyanın San Xose şəhərindən Havay adalarından biri olan Mauiyə uçan təyyarənin şassiləri, yəni təkərləri yığılan bölümdə gizlənmiş yeniyetmə uçuş vaxtı huşunu itirib. O, təyyarə yerə enəndən 1 saat sonra özünə gəlib.

Yeniyetmə təyyarənin texniki bölümündən çıxaraq hava limanının çıxışına yollanıb, bu vaxt onu təhlükəsizlik xidməti saxlayıb.

Reuters-in məlumatına görə, həkimlər yeniyetməni müayinədən keçirəndən sonra onun sağ-salamat olduğunu bildiriblər.

Federal Təhqiqat Bürosunun agenti Tom Simon deyib ki, “bu möcüzədir, yeniyetmə heç bir xüsusi müdafiə vasitəsindən istifadə etmədən sağ qala bilib”.

5 saatlıq uçuş vaxtı təyyarə 11 km hündürlüyə qalxıb. Burda oksigen çatmır. Havanın temperaturu mənfi 60 dərəcə C-yə düşür.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG