Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:03

Moldovanın sabiq prezidenti Nizaminin aforizmlərini beş dilə tərcümə edib


Petru Lucinschi
Petru Lucinschi
-
Moldovanın sabiq prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Petru Lucinschi dahi Azərbaycan şairi Nizami Gəncəvinin aforizmlərini beş dilə tərcümə edib.

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin Diasporla İş üzrə Dövlət Komitəsinə istinadla verdiyi xəbərə görə, bunu keçmiş prezident Bakıda keçiriləcək II Qlobal Müştərək Cəmiyyətlər Forumu ilə əlaqədar Kişineuda təşkil edilmiş hazırlıq toplantısında dilə gətirib.

Petru Lucinschi dahi mütəfəkkirin aforizmlərinin tərcüməsini məxsusi olaraq Forum üçün etdiyini bildirib.

Xəbərdə deyilir ki, Kişineuda keçirilən görüşdə Petru Lucinschi, Serbiyanın sabiq dövlət başçısı Boris Tadich, Albaniyanın sabiq prezidenti Recep Meydani və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin icraçı direktoru Rövşən Muradov Forumun gündəliyində duran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

2015-ci ildən sonrakı dövr üçün Minilliyin İnkişafı layihəsinə həsr edilən II Qlobal Müştərək Cəmiyyətlər Forumunda BMT səviyyəsində təhsil, sosial müdafiə, cəmiyyətdə qadınların rolunun artırılması sahələrində qarşıda duran məsələlər müzakirə olunacaq, ölkələrin beynəlxalq hüquq çərçivəsində qəbul edilmiş ərazi bütövlüyünün təmin edilməsi məsələsi ətrafında geniş fikir mübadiləsi aparılacaq.

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə keçirilən Forumda Madrid Klubu, Roma Klubu, İskəndəriyyə Kitabxanası, BMT, UNESCO, Beynəlxalq Münasibətlər Şurası, Dünya Elm, İncəsənət və Mədəniyyət Akademiyası kimi nüfuzlu beynəlxalq təşkilatlar rəhbərlik səviyyəsində təmsil olunacaq.

Forumda 54 ölkədən 150-dən çox sabiq dövlət və hökumət başçısı, tanınmış ictimai-siyasi xadim iştirak edəcək.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG