Keçid linkləri

2017, 25 May, Cümə axşamı, Bakı vaxtı 14:54

Gəncədə qaz balonu ilə işləyən mikroavtobuslar xətdən çıxarılır


Göstərişi şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev verib. İcra Hakimiyyəti başçısı qeyd edib ki, maye qazla çalışan mikroavtobuslar sərnişinlərin həyatı üçün təhlükəlidir.

Hər hansı bir səbəbdən böyük fəsadların baş verə biləcəyini bildirən E. Vəliyev bununla bağlı Gəncə şəhər İcra Hakimiyyəti başçısının müavini, Gəncə şəhər Baş Polis İdarəsinin rəis müavini, Nəqliyyat departamenti və s. qurumların nümayəndələrindən ibarət komissiyanın yaradılması ilə
bağlı göstəriş verib.

E. Vəliyev tez bir zamanda maye qaz balonu ilə çalışan mikroavtobusların xətlərdən çıxarılmasını və bu təhlükəsizlik qaydalarına əməl etməyən sürücülərin qanuna uyğun qaydada cəzalandırılmasını tapşırıb.
XS
SM
MD
LG