Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 08:55

Keşlənin Sabir küçəsindəki kanalizasiyadan şikayət var


Arxiv fotosu
Arxiv fotosu
Keşlə sakini İdris Allahverdiyev AzadlıqRadiosunun “Qaynar xətt”inə yaşadığı ərazinin kanalizasiya xətlərindən, daha doğrusu, bu xətlərə nəzarət edən qurumlardan şikayət edib. Deyir, kanalizasiya xətləri tez tez tutulur. Uzun illərdir Sabir küçəsinin sakinləri üfunətlə çarpışırlar.

Keşlə sakini:

“Nə qədər müraciət etsək də, heç bir məmur şikayətimizə baxmır. Sadəcə xətlər tutulub, təmizləmək lazımdır, nə kanalizasiya idarəsində, nə də Nizami rayon İcra Hakimiyyətində bir adam tapa bilmirik ki, dərdimizi deyək. İcra hakimiyyətinə nə qədər zəng edirik, dəstəyi qaldırıb deyirlər hamı iclasdadır”.

"ÇİRKAB SULAR HƏYƏTLƏRƏ DOLUR"

İdris Allahverdiyev deyir, yağış yağanda kanalizasiya suları həyətlərə dolur:

“Çirkab sular axıb həyətimizə dolur, sonra öz-özünə çəkilib gedir. Xəstəlikdir, üfunətdir. Payızda, qışda isə çəkilib getmək bilmir. Günlərlə həyət-bacaya çıxa bilmirik”.

Nizami rayon İcra Hakimiyyətindən bildirdilər ki, həmin ərazidə yeni tikililərin artması ilə əlaqədar kanalizasiya xətləri son vaxtlar yüklənib. Xətlərdə tıxaclar yarananda ilkin tədbirlər görülsə də, bu, problemin qarşısını almır. Yeni xətlərin çəkilməsinə ehtiyac var və yaxın vaxtlarda bu işlərə başlanılacaq.

Bir neçə il əvvəl elə Sabir küçəsinin yaxınlığındakı başqa küçədə kanalizasiya xətti sıradan çıxdığına görə evləri çirkab sular basmışdı, sakinlərə zərər dəymişdi.
XS
SM
MD
LG