Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:01

Əfqanıstandakı Qarabağdan xəbər var...


«Sovetski» məhəlləsi
«Sovetski» məhəlləsi
-
««SOVETSKİ»DƏ HEÇ KİMƏ GÜZƏŞT YOXDUR»

Yasamal rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Bakının «Sovetski» məhəlləsinin köçürülməsi üzrə komissiyanın sədri Səməd İslamov Mediaforum saytına deyib ki, «Sovetski» məhəlləsindən köçmək üçün müraciət edənlərin sayı artır:

«Hər həftə 250 nəfərə yaxın sakini qəbul edirik. Heç kimin qapısına gedilmir, vətəndaşlar özləri ərizə ilə icra hakimiyyətinə, mənzil-istismar sahələrinə rəsmi müraciət edirlər. Ərizədə deyilir ki, mən təklif olunan qiymətlə razıyam və xahiş edirəm müraciətimi təmin edəsiniz».

Müavinin dediyinə görə, qiymət hökumətin təklif etdiyi kimi qalır:

«Heç kimə güzəşt yoxdur. Qiymət, dövlət bəyan elədiyi kimi, kvadratmetr üçün 1500 manatdır. Sənədli və sənədsiz bütün ərazilər nəzərə alınır. Bu günə qədər 2860 ünvanda daşınmaz əmlakın ölçülməsi və inventarlaşdırılması işi başa çatdırılıb, 618 nəfərin müraciəti əsasında razılıq protokolu imzalanıb, 280-ə yaxın ev sahibinin pul vəsaiti bank hesabına köçürülüb».

1700 QHT-YƏ SON XƏBƏRDARLIQ

Modern.az yazır ki, Maliyyə Nazirliyindən QHT-lərin illik hesabatlarını gecikdirməsi ilə bağlı Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına məktub daxil olub. Bu barədə Şuranın sədri Azay Quliyev məlumat verib:
Azay Quliyev
Azay Quliyev

«1700-ə yaxın QHT aprel ayının 1-dək Maliyyə Nazirliyinə illik hesabatı təqdim etməməsi böyük təəssüf doğurur. Maliyyə Nazirliyi artıq illik hesabatı təqdim etməyən təşkilatların adlarını bizə təqdim edib, birinci gün o siyahını Şuranın saytında yerləşdirəcəyik. Aprel ayının sonuna qədər bu iş üzrə gecikmiş QHT-lərə vaxt verilib ki, hesabatlarını Maliyyə Nazirliyə təqdim etsinlər. Unutmasınlar ki, əks təqdirdə onları cərimə sanksiyaları gözləyir».

«QARDAŞLARIMIZA DEYİN, QARABAĞA AYAQYALIN GƏLƏRİK...»

Əfqanıstandan qayıdan Lent.az-ın əməkdaşı Səbuhi Məmmədli «Qardaşlarımıza deyin, Qarabağa ayaqyalın gələrik...» sərlövhəli yazı dərc edib. Yazıda Əfqanıstanda yerləşən Qarabağdan, Qarabağ camaatından söz açılır:

«Keçmiş səhra komandiri İsa Xan deyir ki, Qarabağ və ətrafı Əfqanıstanın ən barlı-bərəkətli torpaqlarıdır:

- Burda bir üzüm yetişir ki, vallah, 3-4 dənədən artıq yemək olmur. Adamın ağzını yandırır şirinliyi. Bizim kişmiş isə can dərmanıdır.
Əfqanlar Azərbaycan haqqında danışırlar. Foto: Lent.az
Əfqanlar Azərbaycan haqqında danışırlar. Foto: Lent.az
- Elə bizim Qarabağda da üzüm yetişir. Kişmişi də ki…

Hamısı gülür cavabıma. İsa Xan onu da deyir ki, onların dədə-babaları həmişə deyərmiş ki, bizim əcdadlarımız o tərəflərdən gəliblər. Biz həmişə elə bilmişik ki, Azərbaycan ancaq İranda var, İranın şimal vilayətləri Azərbaycandır axı. İlk dəfə Azərbaycan, azərbaycanlı haqda daha müfəssəl sizin əsgərlər Şurəvi ordusunda Əfqanıstana hücum edəndə bildik. Baqram dediyimiz yerdə sovetlərin böyük hərbi bazaları, aerodromları vardı. Bir dəfə bizim yaşlı çobanlardan biri xəbər gətirdi ki, orda iki əsgərin danışığını eşitdim, sonra özüm də danışdım, eynən mənim babalarım kimi danışırlar. Yəni o çobanın babaları kimi. Düzü, biz cavanlar həmin adamla zarafatlaşırdıq həmişə. Deyirdik ki, yəqin şurəvidən babalarının qohumları gəlib. Amma sonradan məlum oldu ki, hə, yazıq kişi düz deyirmiş. Şurəvi ordusunun tərkibində xeyli azərbaycanlı varmış».

«DÜNYANIN FİZİKİ XƏRİTƏSİ»

«Yeni Müsavat» qəzeti müəllif Zamin Hacının «Dünyanın fiziki xəritəsi» adlı yazısını dərc edib.
Zamin Hacı
Zamin Hacı
Müəllif yazısında NİDA Vətəndaş Hərəkatının üzvlərinə istənilən cəzanı şərh edir:
«Axı nə olub? Gənclər əsgər ölümlərinə dinc etiraz aksiyaları təşkil ediblər. Burda bir problem yoxdur - əsgərlər yenə ölür. Deməli, yapokratiya bu istiqamətdə NİDA-nın tədbirlərini önləyibdir. O etiraz aksiyaları hansısa nəticə versəydi, o zaman deyərdik prokurora halal olsun, düz eləyir.

İkincisi, gənclərin evlərindən «tapılan» benzin butulkaları primitiv bir şeydir, hər gün dünyanın müxtəlif nöqtələrində etiraz aksiyaları zamanı bunlardan minlərlə atılır. Atan şəxsləri çox zaman heç tutmurlar, tutanda da pul cəriməsi, bir-iki sutka həbs cəzası verirlər. Nəzərə alanda da ki, bizim gənclər bu butulkaları heç atmayıblar, cəza dəhşətli dərəcədə amansızdır, ağırdır. Dövlətin cəza aləti, repressiya maşını olmasının isbatıdır».

«TÜRK LİSEYLƏRİ BAĞLANSA, ALTERNATİVİ NƏ OLACAQ?»

Təhsil Nazirliyinin sabiq işçisi Orxan Kərimov «Bizim yol»a deyib ki, türk məktəbləri tək Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində yayılmış və beynəlxalq miqyas qazanmış təhsil ocaqlarıdır:
Foto: Arxiv
Foto: Arxiv

«Türk liseylərində problemlərin olub-olmadığı hələ dəqiq məlum deyil. Olduğu təqdirdə, onu məktəbləri bağlamaq deyil, digər yollarla korrektə etmək lazımdır. Əgər söhbət milli təhlükəsizlikdən gedirsə, dövlətçilik maraqlarının qorunması ilə əlaqədar hansısa addımlar atmaq mümkündür. Dövlət nəzarəti gücləndirməyə ehtiyacı olan yerdə onu gücləndirməlidir. Harada inkişafa stimul tapa bilirsə, tapmalıdır. Yəni tək təhsil müəssisələrini bağlamaqla problemin çözümünü tapmayacaq».

«MEHRİBAN ƏLİYEVADAN NÖVBƏTİ HUMANİST ADDIM»

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva ürək əməliyyatına ehtiyacı olan 2 yaşlı Ömər Qasımovun müalicə xərclərini öz üzərinə götürüb.

Bu barədə Milli Məclisin deputatı Qənirə Paşayevaya istinadən Yeni Azərbaycan Partiyasının saytı xəbər verir.

«Bir az əvvəl ürək qüsurundan əziyyət çəkən və təcili əməliyyata ehtiyacı olan 2 yaş 6 aylıq Ömər Qasımovun anası zəng edərək bildirib ki, Mehriban xanımın adından onu Bakıya dəvət ediblər. Ömərin bütün əməliyyat və müalicə xərclərini Mehriban xanımın tapşırığı ilə Heydər Əliyev Fondu öz üzərinə götürür» - Qənirə Paşayeva öz «facebook» səhifəsində yazır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG