Keçid linkləri

Təcili xəbərlər
2021, 16 May, bazar, Bakı vaxtı 23:22

İki nəfər intihara cəhd edib


-
Aprelin 18-də iki nəfərin intihara cəhdinin qarşısı alınıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin rəsmi saytında məlumat verilib.

Hadisənin biri Masazır qəsəbəsində baş verib. Nazirliyin məlumatına görə, adının açıqlanmadığı şəxs intihar məqsədilə özünü Masazır gölünə atıb.

Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri onu sudan çıxara biliblər.

Digər hadisə isə Qobustanda baş verib. Şəxsiyyəti barədə məlumatın verilmədiyi vətəndaş özünü atmaq üçün qülləyə çıxıb.

Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələrinin onunla apardığı söhbətdən sonra vətəndaş qüllədən endirilib.

Hər iki intihara cəhdin səbəbləri barədə məlumat verilmir.
XS
SM
MD
LG