Keçid linkləri

Təcili xəbərlər
2021, 08 May, şənbə, Bakı vaxtı 05:11

Müdafiə naziri: «Müharibəyə hazırıq»


Zakir Həsənov
-
«Naxçıvandakı təlimlər sübut etdi ki, şəxsi heyətdə böyük ruh yüksəkliyi var»

apa-nın məlumatına görə, bunu Azərbaycanın müdafiə naziri Zakir Həsənov C.Naxçıvanski adına Hərbi Liseydə çıxışı zamanı deyib.

Aprelin 16-17-də Naxçıvan ərazisində keçirilən hərbi təlimlərdə 20 minə yaxın şəxsi heyət, 400-dən çox zirehli texnika, aviasiya, hava hücumundan müdafiə sistemləri, raket və artilleriya qoşunlarının qüvvə və vasitələri, o cümlədən, xüsusitəyinatlı qüvvələr iştirak edib.

Nazir qeyd edib ki, neçə illərdir dinamik inkişaf edən Naxçıvan etibarlı formada qorunmalıdır və qorunur:

«Təlimlər sübut etdi ki, şəxsi heyətdə böyük ruh yüksəkliyi var. Onlar istənilən təcavüzün qarşısını almağa, döyüş tapşırığını yerinə yetirməyə hazırdırlar».

Z. Həsənov ordunun istənilən vaxt torpaqları işğaldan azad etməyə, Ali Baş Komandanın əmrinə hazır olduğunu da vurğulayıb.
XS
SM
MD
LG