Keçid linkləri

Təcili xəbərlər
2020, 01 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 04:37

Azərbaycan Ordusu əsgərinin intihar etdiyi deyilir


Azərbaycan əsgəri
Azərbaycan Ordusu əsgərinin intihar etdiyi deyilir. APA-nın məlumatına görə, hadisə Müdafiə Nazirliyinin «N» saylı hərbi hissəsində qeydə alınıb.

Məlumata görə, hərbi hissənin əsgəri Firdovsi Fikrət oğlu Nəsibov özünü asaraq intihar edib. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən agentliyə faktı təsdiqləyiblər.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

F. Nəsibov Bakının Nəsimi rayonundan həqiqi hərbi xidmətə çağırılıb.
XS
SM
MD
LG