Keçid linkləri

Təcili xəbərlər
2021, 23 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 12:32

Türkiyə gizli xidmətin səlahiyyətini artırır


Türkiyə parlamenti
-
Türkiyə parlamenti ölkənin milli təhlükəsizlik xidmətinin səlahiyyətini artıran qanun layihəsini təsdiqləyib. Qanun aprelin 17-də qəbul olunub. Parlamentdə qızğın müzakirə gedib. Müxalifət partiyaları Türkiyənin nəzarət edilən ölkəyə çevriləcəyini bildirib.

Qanun Türkiyənin Milli Kəşfiyyat Agentliyinə əlavə səlahiyyət verir. Agentlik gizli əməliyyatlar apara biləcək. Qurum həmçinin vətəndaşların şəxsi məlumat bazasına geniş çıxış əldə edir.

Bu qanun baş nazir Recep Tayyip Erdogan-ın dövlət agentlikləri üzərində nəzarəti gücləndirmək yönündə atdığı son addımdır. Onun hökumətinə korrupsiya iddiaları olub.

Qanunu hələ prezident təsdiqləməlidir.
XS
SM
MD
LG