Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:18

Ukraynada azərbaycanlı idmançı tələbə ölüb


-
Ukraynanın Dnepropetrovsk şəhərində azərbaycanlı idmançı tələbə dünyasını dəyişib.

Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri Anar Tahirov APA-ya bildirib ki, bu, Azərbaycanın Xaçmaz rayonundan olan, 1994-cü il təvəllüdlü, Dneprepetrovsk Dövlət Universitetinin ikinci kurs tələbəsi Aslan Xıdırovdur.

Smaqdaun döyüş növü üzrə idmançı olan A. Xıdırov beş gün əvvəl məşq zamanı boynundan ağır zədə alıb və təcili xəstəxanaya çatdırılıb. Həkimlərin bütün cəhdlərinı baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Onun nəşi bu gün Azərbaycana yola salınıb.
XS
SM
MD
LG