Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 01:14

70 yaşlı pensiyaçı Putindən soruşub ki, Alyaskanı nə vaxt qaytaracaq?


70 yaşlı pensiyaçı Putindən soruşub ki, çar vaxtında ABŞ-a satılmış Alayaskanı nə vaxt qaytaracaq?

Putin bu suala cavabında həmin qadına deyib ki, “Faina İvanovna, Alyaska sizin nəyinizə lazımdır?”

Sonra əlavə edib ki, “ora çox soyuqdur. Qoy, öz yolu ilə getsin”.

Rusiya Alyaskanı 1867-ci ildə ABŞ-a satıb.

Mart ayında Ağ Evin vebsaytında yerləşdirilən petisiyada xahiş olunurdu ki, ABŞ Alyasakanı Rusiyaya qaytarsın. Bu petisiyaya 42 min adam imza atdı.
XS
SM
MD
LG