Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 22:25

Hacı Məmmədov heç kimlə görüşmək istəmir


Hacı Məmmədov
Hacı Məmmədov
-
«Hacı Məmmədov heç kimlə görüşmək istəmir, hətta ailə üzvləriylə görüşməkdən də imtina edib».

Aprelin 17-də Milli Təhlükəsizlik Nazirliyində monitorinq keçirmiş İşgəncələrə Qarşı Komitənin sədri Elçin Behbudov DİN-in keçmiş əməliyyat müvəkkili Hacı Məmmədovla maraqlanıb:

«Onun vəziyyəti ilə maraqlandım. Səhhətində heç bir problem olmadığını dedilər. Kamerasında incəsənətlə məşğul olduğunu dedilər. Bir şəkil çəkir, bir də muncuqlarla işləyir. Yaddan çıxmasını, unudulmasını istəyir. Ona görə də heç kimlə görüşmək istəmir».
Daxili İşlər Nazirliyinin keçmiş əməliyyat müvəkkili Hacı Məmmədov 2006-cı ildə ağır və xüsusilə ağır cinayət hadisələri törətməkdə təqsirli bilinib, ömürlük azadlıqdan məhrum edilib.

Elçin Behbudov MTN təcridxanasında saxlanan Qəbələ rayon sakini Əhməd Həsənovla da görüşüb. O bir müddət əvvəl Suriyaya gedib. Oradakı döyüşlərdə iştirak edib. 7 aydan sonra Azərbaycana qayıdıb. Bundan sonra həbs olunub.

Elçin Behbudov «nurçuluq»da ittiham olunan Quba sakini Eldəniz Hacıyevlə də görüşüb:

«Onun evində axtarış aparıblar. Ancaq özünü təqsirli bilmir. Eldəniz Hacıyev bildirib ki, 30-40 nəfəri başına yığıb, «Qurani-Kərim»i araşdırıblar. Saxlanma şəraitindən və ona qarşı münasibətdən şikayəti olmadı».
XS
SM
MD
LG