Keçid linkləri

2024, 17 Aprel, çərşənbə, Bakı vaxtı 00:19

Putin deyir ki, Rasmussen vaxtilə onun danışığını gizli olaraq diktofona yazıb


Avropa Birliyi ilə Rusiya arasında inam haqda suala cavab verərkən, Rusiya prezidenti Putin bir neçə il əvvəl olan bir hadisəni xatrlayıb:

“NATO-nun indiki baş katibi Rasmussen nə vaxtsa Danimarkanın baş naziri idi. O vaxt o məndən görüşməyi xahiş etdi. Görüş planlaşdırılmamışdı, ancaq mən razılaşdım. Biz görüşdük. Danışdıq. O, sən demə, özü ilə diktofon götürübmüş. Danışığı gizli yazıb. Sonra mətbuatda dərc etdi. Mən öz gözlərimə inanmadım.

O isə bunu belə izah etdi ki, bu söhbəti tarix üçün yazıb. Ancaq yazırsansa, heç olmasa, xəbərdar et, bu danışıqları dərc etməyə icazə istə.

Belə insidentlərdən sonra hansı etimaddan danışmaq olar? “

Putin bunu aprelin 17-də əhalidən gələn suallara cavab verərkən deyib.
NATO-nun baş katibi Rasmussen isə 2001-2009-cu illərdə Danimarkanın baş naziri olub.
XS
SM
MD
LG