Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:46

Cinsi azlıqların hüquqlarını müdafiə təşkilatı qeydə alınmır


Cinsi azlıqların hüquqlarının müdafiəsi ilə məşğul olan Nəfəs LGBT təşkilatı qeydiyyata alınmaqla bağlı növbəti dəfə Ədliyyə Nazirliyi Baş Notariat Şöbəsinə müraciət göndərib.

Təşkilat bildirir ki, 2012-ci ildən yaransa da o vaxtdan qeydə alınmır. Qeydiyyata alınmamağın səbəblərinin öyrənilməsi ilə bağlı göndərilən sorğulara baxmayaraq aidiyyatı qurumdan heç bir izahat əldə edilməyib.

Nəfəs LGBT bildirir ki, əgər bu dəfə də təşkilata müsbət cavab verilməsə, Ədliyyə Nazirliyi Baş Notariat Şöbəsini məhkəməyə verəcəklər.

Təşkilatın hansı səbəbdən qeydə alınmaması ilə bağlı Ədliyyə Nazirliyindən məlumat verilmədi.
XS
SM
MD
LG