Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:42

Əhalinin Sosial Müdafiəsi Mərkəzinin vəzifəlilərinin istintaqı yekunlaşıb


Ağdaş rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə bağlı cinayət işinin istintaqı yekunlaşıb. Cinayət işini Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 313-cü (vəzifə saxtakarlığı ) maddələri ilə başlamışdı.

Bu barədə Baş Prokurorluq məlumat yayıb.

Həmin vəzifəlilər mərkəzin direktoru Vahid Seyfəlov, baş mühasibi Müşviq Baxışov, rayon İcra Hakimiyyəti Başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Müstəqim Məmmədov, Ağdaş Peşə məktəbinin baş mühasibi Yaşar Həsənov, Ağdaş rayon Maşad kənd poçt şöbəsinin rəisi Əslan Lətifov və qeyriləridir. Onların bilavasitə iştirakı ilə 2006-2013-cü illər ərzində saxta sənədlər əsasında vəfat etmiş və digər şəxslərin adlarına, o cümlədən 730 şəxsə yaşa görə, 31 şəxsə ailə başçısını itirməyə görə, 12 şəxsə əlilliyə görə ümumilikdə 773 şəxsə sosial müavinət təyinatının aparıldığı bildirilir. 2 milyon manata yaxın dövlət vəsaiti qulluq mövqeyindən sui-istifadə edilməklə mənimsənilib.

Həmin şəxslərin bu vəsaitin mənimsənilməsində təşkilatçılıq və iştirakına dair şübhələr üçün əsaslar olduğundan Vahid Seyfəlov və Əslan Lətifov barəsində ittiham elan edilərək barələrində həbs qətimkan tədbiri seçilib. Müşviq Baxışov, Müstəqim Məmmədov Cinayət və Yaşar Həsənov barəsində həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilib.
İş baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
XS
SM
MD
LG