Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 02:06

Metroda qatar 1 saat tuneldə qalıb


-
Aprelin 16-da metronun «Həzi Aslanov» stansiyasından «Dərnəgül» istiqamətində gedən qatar bir saata yaxın «Ulduz»la «Nərimanov» stansiyaları arasında qalıb.

Bu barədə AzadlıqRadiosuna sərnişinlərdən biri məlumat verib:

«Bir saata yaxın tuneldə qalmışdıq. Nə baş verdiyini bizə demədilər. Amma deyirdilər ki, indi qatar yola düşəcək. Beləcə bir saata yaxın tuneldə gözləyəsi olduq».

Hələ ki hadisənin hansı səbəbdən baş verdiyi bəlli deyil. AzadlıqRadiosu Bakı Metropolitenin hərəkət xidmətinin rəisi Hidayət Məmmədovla danışsa da, o, məlumat verməkdən imtina edib.
XS
SM
MD
LG