Keçid linkləri

2017, 22 May, Bazar ertəsi, Bakı vaxtı 23:28

Ranko Krivokapić:«Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tezliklə nəticə əldə etməliyik»


Ranko Krivokapić
-

«Ukrayna ilə bağlı baş verənlər göstərdi ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tezliklə nəticə əldə etməliyik»

Bunu aprelin 16-da jurnalistlərə açıqlamasında Azərbaycanda səfərdə olan ATƏT-in Parlament Assambleyasının prezidenti Ranko Krivokapić deyib.

«Biz çalışmalıyıq Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ATƏT-in Minsk qrupunun fəaliyyətində ciddi irəliləyişlərə nail olaq. Çünki son vaxtlar Ukrayna ilə əlaqədar baş verən hadisələr göstərdi ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı gərgin işləməliyik və tezliklə nəticə əldə etməliyik».

ATƏT PA-nın prezidentinin Azərbaycana səfəri davam edir. Hazırda onun parlamentdə görüşü keçirilir. Ranko Krivokapić-in rəhbərlik etdiyi nümayəndə heyəti aprelin 15-dən Azərbaycanda səfərdədir. Parlament Assambleyasının yaz sessiyasını da (28 iyun –2 iyul tarixlərində) Bakıda keçiriləcəyi bildirilir.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG