Keçid linkləri

Təcili xəbərlər
2021, 17 Sentyabr, Cümə, Bakı vaxtı 14:45

Əlillərə minik avtomobilləri verilib


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 100 nəfər Qarabağ müharibəsi və 20 Yanvar əlillərini minik avtomobilləri ilə təmin edib.

Bu barədə nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Məlumatda deyilir ki, aprelin 16-da növbədə dayanmış 100 nəfərə «Naz-Lifan» markalı minik avtomobilləri verilib.

Nazirlik bildirir ki, 2014-cü ilin yanvar ayının 1-nə qədər avtomobil növbəsində dayanmış 675 nəfərdən artıq 200-ü maşınla təmin olunub.

Hazırda növbədə olan 475 nəfərin də bu ilin sonuna qədər xüsusi avtonəqliyyatla təminatının başa çatacağı gözlənir.

İndiyədək Qarabağ müharibəsi, 20 yanvar əlillərinə 4 minə yaxın avtomobil verilib.
XS
SM
MD
LG