Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:50

Əhməd Orucdan müxalifətdəki həmkarlarına ittiham yağışı


Əhməd Oruc
Əhməd Oruc
-

Azadlıq Partiyasının sədri Əhməd Oruc Azərbaycanda hazırkı ictimai-siyasi vəziyyətlə bağlı sualları cavablandırır:

- Əhməd bəy, siyasi fəaliyyətinizlə indi hansı işlər görürsünüz, nə ilə məşğulsunuz?

-Bir sıra təşəbbüslərimiz var və bununla bağlı bir neçə partiya rəhbəri ilə görüşlər keçiririk.

-Hansı təşəbbüslərdən söhbət gedir?

- Biz çalşırıq ki, 2015-ci ilə qədər “Seçki Məclləsi"nə dəyişikliklə bağlı demokratik camiyəni bir araya gətirək.

- Nədən ibarətdir o dəyişiklik?

- Hesab edirəm ki, seçki haqqında qanuna dəyişiklik olmasa Azərbaycanda seçkilıərdən danışmaq doğru deyil. İndiki seçki komissiyaları sırf saxtalaşdırma komissiyalarıdır. Bu komissiyaların seçkiyə dəxli yoxdur. Bu baxımdan da bir sıra siyasi partiya və QHT rəhbərləri ilə görüşlər keçiririk. O da hələ istədiyimiz effekti vermir.

- Effektə nə mane olur?

- Bilirsiniz bir sıra partiyalar bələdiyyə seçkilərində iştiraka meyillidirlər və hakimiyyətin xoşgördüsünə ümid bağlayırlar. Bir qisim partiyalarla da münasibətlər o qədər gərginləşib ki, bir masa arxasında oturub müzakirə aparmaq problemə çevrilib.

- Bəlkə deyəsiniz hansı partiyalardır hakimiyyətə yaxşı görünmək istəyən, hakimiyyətdən nə isə uman?

- Açığı deyim ki, indidən “bələdiyyə seçkilərində iştirak edəcəyik” deyə qərara verən partiyalar “ştreyk vrexer” (aksiyaları pozan, tətil vaxtı sahibkarın tərəfinə keçən)rolunda çıxış edirlər. Ən azından biz hakimiyyətə deyə bilərik ki, seçki qanunvericiliyinə dəyişiklik olmasa biz seçkilərdə iştirak etməyəcəyik. Bu heç bir şeyə ziyan gətirməz.

Açığı KXCP ilə Müsavat bildirb ki, onlar seçkiyə qatılacaqlar, amma onların yerlərdəki üzvlərinin hamısı pensiya yaşında olan adamlardır. Bu yalançıə görüntü verməkdən başqa bir şey deyil. Prezident seçkiləri öncəsi də bu iki partiya bütün hallarda seçkilərə qatılacaqlarına söz vermişdilər, bir müddət əvvəldən də namizədlər irəli sürmüşdülər. Sonra həm namizədliklərindən güeri durdular, həm də hər cür meyldə iştirak etməkdə də özlərində bir güc tapdılar. Hesab edirəm bu doğru deyil.

- Siz nə təklif edirsiniz?

- Bir məsələ var, seçki komissiyaları elə təşkil olunmalıdır ki, heç kim seçkiləri saxtalaşdıra bilməsin. Bunun da müxtəlif yolları var. Ən inanılmışı püşkatmadır. Bu model Ukraynada Kuçmanı hakimiyyətdən kənarlaşdıran model oldu. Çox modellər var, amma bunların birinin üzərində dirəşib durulmalıdır.

- Hesab edirsiniz ki, bu dəyişikliklərlə Ukraynadakı kimi Azərbaycanda da hakimiyyəti dəyişmək olar?

-Yüz faiz. Azərbaycanda heç kimin nəzarətində olmayan seçki komissiyaları olsa inanın ki, bu hakimiyyət seçkilərdə heş 10 faiz səs toplaya bilməz.

-Hakimiyyət buna imkan verərmi?

- Mən axı hakimiyyətə demirəm gəl söhbət edək seçki qanunvericiliyini dəyişək. Mən o, partiyalara deyirəm ki, guya onlar demokratik seçkilərdə maraqlıdırlar. Açığı Azərbaycanda hakimiyyətin seçki yolu ilə dəyişməkdən başqa yol da görmürəm. Bu gün seçki komissiyaları 100 faiz YAP-ın nəzarətindədir. Onlar da bir neçə seçkini saxtalaşdırmış adamlardır. Bu adamlarla yenidən necə seçki keçirmək olar. O adamların keçirdiyi seçkini gördünüz, beynəlxalq müşahidəçilər “pis” və “çox pis” kimi qiymətləndirdilər.

- Siz bu məsələni parlament seçkiləri və ya prezident seçkiləri ərəfəsində deyil, bələdiyyə seçkiləri ilə bağlı deyirsiniz, amma Azərbaycanda adamlar bələdiyyə seçkilərində iştiraka o qədər də maraqlı görünmür.

- Adamlar bilir ki, bələdiyyələri pulunu alıb icra hakimiyyətləri təyin edir. Belə olan halda adamların orda nə işi var. İkincisi də, söhbət hələ seçkidən yox, seçki qanunvericiliyinin təkmilləşdirlməsindən gedir. Adamlar bilsə ki, onların iradəsi, səsləri nəyisə həll edir, onda seçkilərə niyə getməsinlər ki...

- Müxalifətdə birliyin olmamasından danışdız. Bu günahı kimin üstünə yazırsız, kimdir bu birliyə mane olan?

- Mən dəfələrlə demişəm, Azərbaycanda liderlər var ki, bir yerdə oturublar, qalxmağa qorxurlar. Yeni siyasi liderlər gəlməlidir. Cəmiyyətin bildiyi oyunlarda iştirak edənlər kənara çəkilməlidir. Yoxsa bir gün Milli Şura, sabah “Azadlıq” bloku adından beynəlxalq təşkilatların sifarişini yerinə yetirənlərin arxasında millət aktivləşə bilməz. Mütlər yeni siyasi baxışları olan yeni liderlər, həqiqi liderlər ortaya çıxmalıdır. Ortada olan liderlərin hamısı ən azından hakimiyyətlə beş dəfə separat danışıqlara iştirak etmiş, satılmış, alınmış adamlardır.

- Əhməd bəy, sizə deməzlər ki, həmkarlarınıza qarşı belə ittihamlar irəli sürürsünüz, amma özünüz də onlarla eyni cəbhədə, eyni cərgədə olmusunuz?

- Bir dəqiqə, üzr istəyirəm. Mən milli azadlıq hərəkatında olmuşam, bu gün də siyasi prosesdəyəm. Heç kim onu mənə deyə bilməz ki, Əhməd Oruz hardasa öz maraqlarını irəli çəkib, layiq olmadığı işin qulpundan yapışıb, kiminləsə separat danışıqlara getmişəm, hansısa bir dairənin təsiri altına düşmüşəm. Mənimlə bağlı heç kim heç bir şey tapıb çıxara bilməz. Bunu heç kim deyə bilməz. Bu baxımdan mən tipdə olan adamları heç kim bəyənmir.

- Birliyə mane olan neçə elə partiya lideri var?

-Mən sayca demirəm. Elə cavan uşaqlar var ki, onlar təffəkkürcə o liderlərdən də qocadır. Misal üçün bu günki Milli Şurada ortaya nə isə qoya biləcək adam görmürəm. Onlar ayrı-ayrı vaxtlarda hakimiyyətlə iş birliyində olmuş, tükənmiş adamlardır. Onlar mən də varam prinsipi ilə görünməyə cəhd edən adamlardır.

- Bəs başqa partiyalarda insanları arxasınca aparacaq adamlar varmı?

- Niyə yoxdur. İmkan verilməlidir digərləri ortalığa çıxsın. Nə vaxtdandır eyni adamlardır, ayıbdır axı. Hakimiyyət də günü-gündən güclənir...

- Hakimiyyətlə bağlı məsələni seçki qanunvericiliyi ilə əlaqələndirisiniz, bəs onları o kreslolardan uzaqlaşdırmağın yollarını necə görürsünüz?

- Rəsul Quliyev deyib mən bundan sonrakı fəaliyyətimi onları uzaqlaşdırmağa sərf edəcəm (gülür).Məsələ onmdadır ki, yenilərinin gəlmsində nə hakimiyyət, nə müxalifət, Azərbaycanda olan beynəlxalq güclər maraqlı deyil.

- Belə bir vəziyyətdə özünüz qabağa düşə bilərsinizmi?

- Mən öz yerimdəyəm...

- Deyirsiz yeni liderlər üzə çıxmalıdır və s. o məsələləri canlandırmaq, hərəkatı başlamaq baxımından deyirəm...

- Açığı mən deyim ki, o vaxt onu edərəm ki, arxamda olanlar mənim fikirlərimə, dediklərimə tərəfdar olsunlar. Bu gün siyasi aktiv səhnənin bəlkə də 99 faizi alınmış-satılmış adamlardır. Mən deyən prinsipi onlar heç özləri istəmirlər. Onlara bulanıq suda balıq tutmaq sərfəlidir.

- Bəs, sizin prinsip nədir. Bir neçə kəlmə ilə o prinsipləri ifadə edə bilərsinizmi?

- Bizim ideologiyamız dövlət-millətçilyidir. Biz azərbaycanda bütün məsələlələrin tədricən, dinc, intellekt yolla müzakirəsinin tərəfdarıyıq. Hap-göpla, fırıldaqla cəmiyyəti irəli aparmaq olmaz. Bizim prinsipimiz, doğrunun, həqiqətin yanında olmaqdır.
- Belədirsə, onda sizin ətrafınıza niyə adamlar yığılmır?

- Bilirsiniz, bu gün ictimai aktiv təbəqə, müəllim və həkimlər, bunların hamısı bu hakimiyyətin oğurluğuna, əyriliyinə bulaşmış adamlardır. Bu hakimiyyət müəllimləri şagirddən, həkimi xəstədən rüşvət alacaq qədər cinayətə sövq edir. bu hakimiyyət cəmiyyəti tədricən özü kimi oğru və quldurluğa öyrədib. Aktiv təbəqənin çoxu hakimiyyətinin oğurluğunun iştirakçısıdır. Onlar fikirləşir ki, normal bir adam hakimiyyətə gələrsən cəzalananlardan bir də mən olaram, həmin adam niyə mənim arxamca gəlməlidir...

- Müəllimin, həkimin müəyyən korrupsiyaya bulaşdığını dediniz. Siz nə ilə və necə dolanırsınız?

- Mən heç vaxt haram yeməmişəm. Düzdür bəzi adamlar ironiya ilə yanaşırlar ki, mən inək saxlayıram, buna görə mənə lağ edirlər. Amma o adamlar yetərincə halal-haram məsələsini yetərincə başa düşmürlər. Onlara elə gəlir ki, kiminsən uşağından pul almaq, hansısa vəzifəlidən nə isə yazıb beş-üç manat almaq daha üstündür. Nəyin ki, prezidentliyə namizəd olmuş adamın inək saxlamağı. Mən daş da atıb pul qazana bilərəm. Heç kim deyə bilməz ki, mən nə vaxtsa kimdənsə haram tikə almışam. Təsərrüfatım var, ondan başqa intellektim var, uşaqlarım da böyüyüb işləyirlər, həyat yoldaşım da işləyib mənə kömək edir.

- Biz az da qlobal siyasətə keçək. Ukrayna məsələsində Azərbaycanın BMT Təhlükəsizlik Şurasında tutduğu mövqeyə münasibətiniz necədir?

- Açığı bu məsələdə Azərbaycan hakimiyyəti doğru yol seçdi. Eyni ilə Avropa ittifaqı ilə Gömrük İttifaqı arasında seçim etməməsi də Azərbaycan hakimiyyətinin doğru siyasəti idi.
- İki məsələdə Azərbaycan hakimiyyətinin doğru addım atdığını deyirsiz. Bəlkə Azərbaycan hakimiyyəti çox məsələlərlə bağlı doğru addım atır?

- Yox, mən o fikirdə deyiləm. Əxlaqi-mənəvi dəyərlər məsələsində, ölkədəki rüşvət, korrupsiya məsələsində, qanun pozuntusu, məhkəmələrin məhv edilməsi məsələsində hakimiyyət Azərbaycana sağalmaz yaralar vurub.
- Hakimiyyətdən vəzifə təklifi gəlsə necə, gedərsinizmi?

- Mən bu hakimiyyətlə işləyə bilmərəm. Ona görə ki, bu hakimiyyət əməkdaşlığın nə olduğunu bilmir. Müşavirə keçirilir, bir nəfər cəsarət tapıb deyə bilmir ki, cənab prezident elə deyil, belədir.

- Siz deyərsizmi?

- Mən Cəbhə hakimiyyətində prezidentin mətbuat xidmətinin məsləhətçisi, sonra da bölmə müdiri idim. Onda Əbülfəz Elçibəyə jurnalisti döyəndən sonra İsgəndər Həmidovun rütbəsini artırmasına etiraz etmişdim. Bəyə dedim ki, bu məsələlərin üstündən onun rütbəsini artırmağınız doğru deyil.

- Əhməd bəy, sonda söhbətimizin yönünü dəyişəcək bir sual da verim. Azərbaycanda belə bir deyim var, “prezident yaxşıdır ətrafı pisdir”. Bu məsələyə münasibətiniz necədir?

- O yalan söhbətdir. Yaxşı prezidentin pis ətrafı ola bilməz. Yürüdülən siyasət ətrafın siyasəti deyil, prezidentin siyasətidir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG