Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:10

Ukrayna hökuməti gücdən istifadə etsə, onda nə olacaq?


-
Ukraynada hadisələr necə inkilşaf edəcək? Qərb mediası bu suala cavab axtarır.
Ancaq siyasət sağlamlıq kimi məsələləri sıxışdırıb-çıxara bilmir. ABŞ konqresmenləri elektron siqaretləri araşdırıblar
***
“Ukrayna böhranı: 5 mümkün senari” məqaləsində Guardian soruşur ki, Ukrayna hökumətinin gücdən istifadə etsə, onda nə olacaq? Qəzet hesab edir ki, mümkün senarilər 5 amilin – separatçılara qarşı gücdən istifadə, Rusiya müdaxiləsi, Qərb sanksiyaları, NATO müdaxiləsi və diplomatiya amillərinin qarışığından ibarətdir.

Qəzet öz sualına belə cavab verir ki, Ukrayna hökuməti gücdən istifadə etsə, bu vaxt vətəndaş müharibəsi riski yaranır. Rusiyanın qoşun yeritməsi bəhanəsi ortaya çıxa bilər.
Odessa
Odessa

Hazırda isə Putin müharibəni başlamaq riskinə getmək istəmir. Ancaq Rusiya qoşunları yeridilsə, Ukrayna ordusunun müqavimət göstərmək imkanları da var.
Təbii ki, ABŞ və Avropa Birliyi Rusiyaya qarşı sanksiyalar qoyacaq. Bunlar bank, enerji, mədən sektorlarına aid olacaq.

Ancaq sərt sanksiayalarda Avropa Birliyində fikir ayrılığı var. Almaniya qaz məsələsində Rusiyadan asılıdır, Fransanın Rusiya ilə hərbi istehsal müqavilələri var. Rusiya Britaniyaya böyük investisiyalar qoyub. Avropa Birliyində bu maraqlar qəzetin fikrincə, sərt sanksiyalara imkan verməyəcək.

NATO qarışa bilərmi? Guardian hesab edir ki, yox.

Və nəhayət, diplomatiya. Qəzet yazır ki, bundan sonra nə olacağını demək çətindir, ancaq Ukraynanın şərqində vəziyyətin gərginləşməsi Rusiyanın və federalizm tərəfdarlarının əl-qolunu açır.

***

Wall Street Journal yazır ki, Putinin məngənəsində Ukrayna boğulur. Ancaq bu vaxt Rusiya da boğulur.

Əmlakın qiyməti düşür, səhmlər düşür, rubl düşür. İl başlanandan ölkədən 70 milyard dollar yaxın pul qaçıb.
Vladimir Putin onda və indi
Vladimir Putin onda və indi

Müharibə əhvalı dissident səsləri kəsib.Hətta Krımdan sonra Qərb sanksiayalarından şikayət edən də yoxdur. Bir diplomat deyir: “oliqarxlara mesaj budur: şikayətlənməyin. Əgər biz Rusiyanın möhtəşəm olmağını istəyiriksə, dözməliyik”.

Qəzet yazır ki, revanşist marşı irəliləyir: Bu gün Ukrayna, sabah Moldova, bir gün gələcək, Baltik ölkələriş. Rusiyanın daxilində Putini dayandırcaq qüvvə yoxdur. Hətta sovet liderləri partiyanın siyasi bürosuna cavab verirdilər.

Qəzet sonda yazır ki, Kremlə yiyələnəndə Putin Brejnevin və daha sonra Yeltsinin kabineti olan böyük otaqdan imtina etdi, orta ölçülü otağı seçdi.

Bu otağın sonuncu sahibi Stalin olmuşdu. Bu otaq haqda o, bir dövlət baçısına demişdi ki, “balaca otaq”, ancaq “böyük hakimiyyət”.

****
National interest yazır ki, dünyanın köhnə nizamı yavaş-yavaş ölür. Köhnə nizam deyəndə o cümlədən, sabitlik nəzərdə tutulur.

***
E-siqaretin ixtiraçısı Hon Lik öz ixtirasını Pekində nümayiş etdirir 25 May, 2009-cu il
E-siqaretin ixtiraçısı Hon Lik öz ixtirasını Pekində nümayiş etdirir 25 May, 2009-cu il

New York Times yazır ki, Konqresdəki demokratların rəhbərliyi ilə Ərzaq və Dərman idarəsinin araşdırması göstərib ki, elektron siqaret istehsalçıları gəncləri hədəf götürür.
Araşdırma nəticəsində tütün nəzarətinin yeni qaydaları hazırlanıb və ABŞ tarixində ilk dəfə olaraq elektron siqaretlərdən istifadəyə federal nəzarət qoyulur.

Araşdırmada e-siqaretlərdən istifadənin ziyanı və ya ziyansızlığı ətrafında ekspertlərin fikirləri ayrılıb. Bəzi ekspertlər deyir ki, ziyanlı tütün siqaretlərə ilk dəfə olaraq ziyansız alternativ siqaret tapılıb, bu da e-siqaretlərdir. Başqaları cavab verir ki, gənclərin sonradan tütün siqaret çəkməyi elə bu e-siqaretlərdən başlayır.

Demokrat konqresmenləri narazı salan odur ki, gənclər üçün televiziya proqramlarında e-siqaretlərin reklamı verilir, musiqi və idman tədbirlərində pulsuz e-siqaret paylanır.
Qəzet yazır ki, son araşdırmaya görə,ABŞ-da gənclər arasında e-siqaret çəkmə artıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG