Keçid linkləri

Təcili xəbərlər
2021, 17 Aprel, şənbə, Bakı vaxtı 06:26

«Arşın mal alan»ı novosibirskli tələbələr tamaşaya qoyublar


«Arşın mal alan»dan səhnə
Aprelin 16-da Azərbaycan Dövlət Musiqili Teatrının səhnəsində Üzeyir Hacıbəyovun «Arşın mal alan» tamaşası göstəriləcək.

Dövlət Musiqili Teatrının Mətbuat Xidmətindən AzadlıqRadiosuna verilən məlumata görə, tamaşa Novosibirsk vilayətinin Mədəniyyət Nazirliyi, Novosibirsk Dövlət Teatr İnstitutu və həmin şəhərdə yerləşən «Rus-Azərbaycan Evi»nin Bakıda keçirəcəkləri silsilə mədəniyyət tədbirləri çərçivəsində nümayiş olunacaq.

İkihissəli səhnə əsəri, Novosibirsk Dövlət Teatr İnstitutunun tələbələrinin iştirakı ilə göstəriləcək.

Tamaşanın bədii rəhbəri, Novosibirsk Dövlət Teatr İnstitutunun aktyorluq və rejissorluq kafedrasının dosenti Anatoli Axreyevdir.
XS
SM
MD
LG