Keçid linkləri

2017, 23 Fevral, Cümə axşamı, Bakı vaxtı 04:31
-
“Atışma hava qaralandan gecə 12-yə qədər davam elədi. Evlərimizə, dam örtüklərinə böyük ziyan dəyib. 4-5 yerdən dayanmadan atəş açırdılar. Ziyan dəyən evlərin sayı çoxdur. Camaat çox narahatdır”.

Tovuz rayonunun Əlibəyli kənd sakini Şahvələd Əliyev deyir ki, dünəndən kənd camaatının gözünə yuxu getməyib. Ermənistan silahlı qüvvələrinin kəndi 6-7 saat atəşə tutmasına görə kənd sakinləri səhəri dirigözlü açıb. Kənddə işıq, qaz da kəsilib.

Əlibəyli kənd icra nümayəndəsi Valeh Rzayev deyir ki, güllələr bəzi evlərin içinə girib, yanğına səbəb olub. 100-dən çox evin dam örtüyünə ziyan dəyib.

Kənd məktəbi də dayanmadan atəşə tutulub

HACIALLIDA DA MƏKTƏB, EVLƏR ATƏŞƏ TUTULUB

Atışma eyni saatda Hacıallı kəndində də başlayıb. Kəndin icra nümayəndəsi Sahib Quliyev deyir ki, məktəb, evlər atəşə tutulub: “Dünən gecəyə qədər kənddə bir atışma vardı ki... Evləri, məktəbi də atəşə tuturdular. Özü də hər sonuncu atışma əvvəlkindən də güclü, uzunmüddətli olur”...

Hər iki kənddə elektrik xətləri qırıldığından işıqlar sönüb. Qaz xətlərinə də zərər dəyib, qəzalar baş verib. Hazırda kəndə işıq və qazın bərpası üçün təmir işləri gedir.

Tovuzun Əlibəyli və Hacıallı kəndlərini Ermənistan hərbçilərinin nəzarət etdiyi yüksəkliklərdən təxminən 400-500 metr aralıdadır. Bu kəndlər tez-tez atəşə tutulur.

Aprelin 15-də ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Əlibəyli kəndinin yaxınlığındakı qoşunların təmas xəttində monitorinq keçirməyi planlaşdırır.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG