Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 23:27

ATƏT PA-nın yaz sessiyası Bakıda keçiriləcək


-
ATƏT Parlament Assambleyasının (PA) prezidenti Ranko Krivokapic -in başçılıq etdiyi nümayəndə heyəti aprelin 15-də Azərbaycana gəlir. Bu barədə APA-ya Azərbaycan Milli Məclisindən məlumat verilib.

Assambleya prezidentinin Azərbaycanın bir sıra rəsmiləri və vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşləri nəzərdə tutulub.

Milli Məclisin mətbuat xidmətinin yadığı məlumata görə, bir gün əvvəl, aprelin 14-də Milli Məclisin sədri Oqtay Əsədov ATƏT-in Azərbaycandakı layihə əlaqələndiricisi Aleksis Shahtakhtinski ilə görüşüb.

Görüşdə ATƏT-in Parlament Assambleyasının yaz sessiyasının (28 iyun –2 iyul) Bakıda keçirilməsi barədə qərarın təqdirəlayiq olduğu bildirib və bu tədbirin yüksək səviyyədə keçiriləcəyinə əminlik ifadə edilib.
XS
SM
MD
LG