Keçid linkləri

Təcili xəbərlər
2021, 13 İyun, bazar, Bakı vaxtı 23:43

Washington Post, Guardian Pulitzer mükafatı alıblar


-
“The Washington Post” və “Guardian” qəzetləri ABŞ kəşfiyyatının keçmiş əməkdaşı Edward Snowden və Milli Təhlükəsizlik Agentliyinin (MTA) gizli nəzarəti məsələlərini işıqlandırdıqlarına görə Pulitzer mükafatı alıblar.

Bu iki qəzet Snowden-nin yaydığı məlumatları ətraflı işıqlandırıb. Snowden MTA-nın İnternet və mobil telefonlar vasitəsilə informasiyaları necə izlədiyini yayıb. Həmin qəzetlərin yaydığı bu məlumatlar qlobal qalmaqal yaradıb və ABŞ rəsmilərini müvafiq qanunvericiliyə yenidən baxmağa məcbur edib.

Snowden Rusiyaya qaçıb. İyundan orada yaşayır.
XS
SM
MD
LG