Keçid linkləri

Təcili xəbərlər
2021, 17 Oktyabr, bazar, Bakı vaxtı 05:28

Ukrayna hökuməti ölkə üzrə referenduma razıdır


Ukrayna prezidenti vəzifəsini icra edən Tyrchynov deyib ki, Ukrayna hökuməti idarəçilik forması üzrə ölkə üzrə referendumun əleyhinə deyil.

Tyrchynov hesab edir ki, bu referendum mayın 25-də prezident seçkisi ilə eyni gündə keçirilə bilər.

O əmindir ki. Ukraynalıların əksəriyyəti vahid və müstəqil Ukraynaya səs verəcək.
Moskvada Rusiyanın xarici işlər naziri Lavrov deyib ki. Ukraynanın bu referendum fikri barədə daha çox məlumat lazımdır.

Şərqi Ukraynada hökumət binalarını tutan rusdilli silahlıların əsas tələblərindən biri referendumdur.

Hökumət onlara tutduqları binaları tərk etmək haqda ultimatum verib, əks halda hökumət irimiqyaslı hərbi əməliyyata başlayacağını bildirir. Ancaq separatçıların bu tələbə riayət edəcəyinin əlaməti yoxdur.
XS
SM
MD
LG