Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 23:21

Təmas xəttində monitorinq keçiriləcək


-
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, aprelin 15-də Tovuz rayonu Əlibəyli kəndinin yaxınlığındakı qoşunların təmas xəttində monitorinq keçirilməsi gözlənir.

Müdafə Nazirliyinin saytında verilən məlumata görə, monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprshik, səhra köməkçiləri Yevgeni Sharov və Piter Svedberg keçirəcəklər.

Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov və Jiri Aberle keçirəcəklər.
XS
SM
MD
LG