Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:42

Ukraynada milis bölməsini silahlılar tutub


Donetsk, 11 aprel 2014
Donetsk, 11 aprel 2014
-
Ukraynanın şərqində, Slavyansk şəhərində qara maskada olan bir neçə silahlı şəxs milis şöbəsini tutub.

Bu barədə Ukraynanın daxili işlər naziri Arsen Avakov öz facebook səhifəsində yazıb:

«Etirazçılarla terrorçular arasında fərq olduğu kimi, buna qarşı reaksiyamız çox sərt olacaq».

Nazirin yazdığına görə, milis bölməsinin silahlılardan təmizlənməsi üçün Slavyanska xüsusi təyinatlılar göndərilib.

Əhalisi 130 min əhalisi olan Slavyansk şəhəri Donetskin yüz kilometrliyində yerləşir.
XS
SM
MD
LG