Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:58

Elnur Aslanovun yerini Səadət Yusifova tutdu


Səadət Yusifova
Səadət Yusifova
-
Prezident İlham Əliyev Səadət Yusifovanın Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinə müdir təyin edilməsi haqqında sərəncam verib.

Bu barədə aprelin 12-də prezidentin rəsmi saytı məlumat yayıb.

Səadət Yusifova Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi olub. O, BDU-nun Beynəlxalq hüquq kafedrasının müəllimidir.

Bundan əvvəl Siyasi təhlil və informasiya təminatı şöbəsinə Elnur Aslanov rəhbərlik edirdi. O, prezidentin 17 mart sərəncamı ilə vəzifəsindən kənarlaşdırılıb.

Həmin ərəfədə yerli media və sosial şəbəkələr Elnur Aslanovun «nurçu»larla bağlılığından yazırdı. Onun «nurçu»ların hazırda Pensilvaniyada yaşayan lideri Fetullah Gülen-e «elnur_aslanov» ünvanlı e-mail-dən göndərdiyi iddia olunan məktubu da yayılmışdı.
XS
SM
MD
LG