Keçid linkləri

2017, 20 İyul, Cümə axşamı, Bakı vaxtı 17:03

İlham Əliyev Azərbaycanın BMT-dəki daimi nümayəndəsini dəyişdi


Yaşar Əliyev
-
Prezident İlham Əliyev Yaşar Əliyevin Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı yanında daimi nümayəndəsi təyin edilməsi haqqında sərəncam imzalayıb.

O, bu vəzifədə Aqşin Mehdiyevi əvəzləyəcək.

Yaşar Əliyev 1992-ci ildən Azərbaycanın BMT-dəki daimi nümayəndəliyində çalışıb,

2002-ci ilin martından nümayəndəliyə rəhbərlik edib, eyni zamanda Kubada fövqəladə və səlahiyyətli səfir olub. 2006-cı ildə ABŞ-da fövqəladə və səlahiyyətli səfir vəzifəsinə təyin edilib və 2011-ci ilin oktyabrına qədər həmin postda çalışıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG