Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:14

Türkiyə Senat Komitəsində "erməni soyqırımı" qətnaməsini pisləyir


Aprelin 11-də Türkiyənin xarici işlər nazirliyi ABŞ Senatının Xarici əlaqələr Komitəsində "erməni soyqırımı" haqda qətnaməni pisləyib və Konresi Türkiyə-ABŞ münasibətlərini korlaya biləcək addımlardan çəkinməyə çağırıb.

Aprelin 10-da Senatın Xarici Əlaqələr Komitəsində qəbul olunan qətnamə aprelin 24-ündə "erməni soyqırımını" anmağa çağırır. Qətnamədə deyilir ki, “ABŞ prezidenti sabit, konstruktiv Ermənistan-Türkiyə münasibətlərinin qurulması istiqamətində işləməlidir və bura erməni soyqırımı faktlarının Türkiyə tərəfindən tam tanınması da daxildir”.

Türkiyənin xarici işlər nazirliyi bildirir ki, Komitə öz səlahiyyətləri və məsuliyyəti həddini aşıb və bacarıqsız hazırlanmış layihəni təsdiq edib. Nazirlik tarixin təhrif ediılməsini və bunun da siyasi istismarını rədd etdiyini bildirir.
XS
SM
MD
LG