Keçid linkləri

Təcili xəbərlər
2021, 16 Yanvar, şənbə, Bakı vaxtı 05:00

Rusiya Ukraynanın neytral qalacağına hüquqi təminat istəyir


Rusiyanın xarici işlər naziri Lavrov deyib ki, Ukraynadakı vəziyyətin gərginliyini azaltmaq üçün yeni hakimiyyətini legitimləşdirmək cəhdlərini dayandırmaq lazımdır.

Aprelin 11-də Moskvada Lavrov bildirib ki, Ukrayna neytarllığının qanuni təminatını verməlidir. Lavrov bununla Ukraynanın NATO-ya birləşməyinin əleyhinə olduğunu vurğulayıb.

Nazir deyib ki, Rusiya gələn həftə Ukrayna, ABŞ və Avropa Birliyi ilə danışıqlara hazırdır. Ancaq əlavə edib ki, bu danışıqlarda enerji, Ukraynanın qaz borcu da müzakirə olunmalıdır.
XS
SM
MD
LG