Keçid linkləri

Təcili xəbərlər
2021, 23 Oktyabr, şənbə, Bakı vaxtı 14:30

Bakıda metro tuneldə qalıb, sərnişinlər qatardan boşaldılıb


Aprelin 11-də səhər saatlarında Bakı Metropoliteninin «Həzi Aslanov - Dərnəgül» xətti üzrə hərəkət edən qatar «Ulduz - Nəriman Nərimanov» stansiyaları arasında təxminən 10 dəqiqə tuneldə qalmalı olub.

Bakı Metropolitenindən «APA-Economics»ə qatarın hərəkətində fasilənin yaranması «Həzi Aslanov - İçərişəhər» istiqamətində hərəkət edən qatarda texniki nasazlığın olması ilə izah edilib.

Nəticədə sərnişinlər qatardan boşaldılıb, nasaz qatar depoya göndərilib.

Hazırda qatarların hərəkəti bərpa olunub.
XS
SM
MD
LG