Keçid linkləri

2017, 21 Yanvar, şənbə, Bakı vaxtı 21:56

3 ayda büdcəyə 1.7 milyard manat vergi ödənib


-
2014-cü ilin yanvar-mart aylarında Vergilər Nazirliyinin xətti ilə büdcəyə 1 milyard 763 milyon manata yaxın vəsait daxil olub.

Bu barədə Vergilər Nazirliyi məlumat yayıb.

Bu məbləğin 31 faizdən çoxu mənfəət vergisinin, 28 faizi əlavə dəyər vergisinin, qalanları isə aksiz, fiziki şəxslərin gəlir və digər vergilərin payına düşür.

Məlumata görə, büdcəyə daxil olan vəsaitin 978 milyon manata yaxını qeyri-neft-qaz sektorunun payına düşür.
XS
SM
MD
LG