Keçid linkləri

Təcili xəbərlər
2021, 12 May, çərşənbə, Bakı vaxtı 21:44

Sarkisian prezidentliyə namizədliyini irəli sürməyəcək


Ermənistan prezidenti Serj Sarkisian prezident yanında konstitusiya islahatları kimissiyasının üzvləri ilə görüşdə deyib ki, “Hesab edirəm ki, bizim ölkə üçün, ən azı indiki inkişaf mərhələsində, mövcud idarə modeli ən münasibidir. Bununla belə, komissiyanın qaldırdığı məsələ ictimai müzakirələrin mövzusu olmalıdır”.

Sarkisian deyib: “Mən rəsmi olaraq bəyan edirəm ki, Ermənistan prezidenti vəzifəsinə bir daha namizədliyimi irəli sürməyəcəyəm. Əgər müzakirələrin nəticəsi olaraq mənim istəmədiyim yol seçilsə, yəni mən idarəçiliyin parlament modelini nəzərdə tuturam- onda mən baş nazir vəzifəsinə də iddialı olmamayacağam. Mən hətta əminəm ki, eyni şəxs Ermənistan dövlətinin rəhbəri vəzifəsinə 2 dəfədən artıq iddialı olmamalıdır”.
XS
SM
MD
LG