Keçid linkləri

Təcili xəbərlər
2021, 16 May, bazar, Bakı vaxtı 01:35

Vyana danışıqları: İranla 6 superdövlət arasında fikir ayrılıqları qalmaqdadır


Vyanada İranla 6 superdövlətin danışıqlarından sonra Avropa Birliyinin Xarici Siyasət rəhbəri Catherine Ashton deyib ki, mayın ortlarında danışıqlar növbəti mərhələsinə keçəcək.

Ashton əlavə edib ki, İranın nüvə proqramı ilə bağlı uzunmüddətli müqavilə imzalamaq üçün tərəflər arasındakı fikir ayrılıqlarını aradan qaldırmağa intensiv iş tələb olunur.

O bildirib ki, danışıqların növbəti mərhələsi Vyanda mayın 13-də başlanacaq.

Adının çəkilməsini istəməyən bir Qərb diplomarı Reutersə deyib ki, tərəflərin mövqeləri arasında bir sıra əhəmiyyətli fərqlər var.

İranla 6 dövlət – ABŞ, Britaniya, Rusiya, Fransa, Çin Almaniya arasında müvəqqəti müqavilə noybarda imzalanıb, ancaq onun vaxtı iyulun 20-də bitir.
XS
SM
MD
LG