Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 09:58

Rusiyada yoxsulların sayı 16 milyona çatıb


-
2013-cü ildə Rusiyada gəliri yoxsulluq həddindən aşağı olanların sayı 300 min artaraq 16 milyona çatıb.

Bu barədə Rusiya Statistika Mərkəzinə istinadən Lenta.ru saytı məlumat yayıb.

Ötən ilin 4-cü rübü ilə bağlı açıqlanan bu rəqəm Rusiya əhalisinin 11.1 faizini təşkil edir.

Məlumata görə, 2012-ci ildə yoxsullar ölkə əhalisinin 10.9 faizini təşkil edib.

4-cü rübdə Rusiya əhalisinin adambaşına orta aylıq gəliri 30 min 400 rubl (703 manat) təşkil edib. Bu, yaşayış minimumundan 4 dəfə çoxdur. Bu dövrdə Rusiyada minimum əməkhaqqı 5 min 205 rubl (120 manat) təşkil edib.
XS
SM
MD
LG