Keçid linkləri

Təcili xəbərlər
2021, 18 Yanvar, Bazar ertəsi, Bakı vaxtı 16:01

İslamabadda partlayışda 23 adam ölüb


Aprelin 9-da İslamabad yaxınlığında bazarda partlayış olub. Partlayışda azı 23 adam ölüb, onlarla adam yaralanıb.

Polisin verdiyi məlumata görə, partlayıcı meyvə qutusuna qoyulubmuş.

Pakistan rəsmiləri ölənlərin sayının artacağından narahatdır.

Belə hücumlar Pakistan paytaxtında nadir hallarda baş verir. Partlayışlar daha çox ölkənin şimal-qərbindəki Pişəvər şəhərində, ya da Karaçidə olur.
XS
SM
MD
LG